Bu gün:


"Ermənistanın Qazaxın 7 kəndi və Kərkini qaytarmaqdan başqa hansısa bir alternativ variantı yoxdur" -POLİTOLOQ

Tarix: 12.02.2024 / 14:50  •   Oxundu: 36 dəfə  •  

İDEAL bildirir ki, Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır. Bu ilin sonuna qədər Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndi geri qaytarıla bilərmi?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov açıqlama verib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır:
"Qazaxın işğal altında olan yeddi kəndi Azərbaycana geri qaytarılmalıdır.Bu anklav kəndlərimiz bir çox strateji yüksəkliklərdən ibarətdir. Bu da öz növbəsində Ermənistan kəndlərindən Gürcüstana gedən yollara çox rahat şəkildə nəzarət etmək imkanları yaradır. Naxçıvanın Kərki kəndi yerləşdiyi geostrateji mövqeyə görə çox önəmli ərazidir. Bundan sonra Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır. Qazaxın işğal altında olan səkkiz kəndinin geri qaytarılmaması prosesin ləngiməsinin səbəbi delimitasiya komissiyalarının işinin Ermənistan tərəfindən yubadılması ilə bağlıdır. Ermənistanın bu prosesi sabotaj etdiyinə görə, kəndlərin siyasi və delimitasiya prosesi ilə bağlı hələ də ciddi addımlar atıla bilməyib. Amma, hazırkı vəziyyət onu göstərir ki, kəndlərin bu il ərzində Azərbaycana geri qaytarıla bilər. Çünki Ermənistanın Qazaxın işğal altında olan səkkiz kəndini qaytarmasından başqa hansısa bir alternativ variantı yoxdur".


Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri , Naxçıvanın Kərki kəndi Ermənistan tərəfindən işğal edilib