Bu gün:


Xankəndidə silah və sursatlar aşkarlanıb

Tarix: 19.03.2024 / 10:43  •   Oxundu: 91 dəfə  •  

Xankəndi şəhəri ərazisindən 7 silah və xeyli sursat aşkarlanıb.

Bu barədə İDEAL-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.