Bu gün:


Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

Tarix: 27.03.2024 / 16:32  •   Oxundu: 129 dəfə  •  

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

İDEAL xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assamble
yasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.