Fələstindəki Həmas və Qərb Şəriyəni idarə edən Fəth təşkilatları 2006-cı ildən bəri ilk dəfə ümumi seçkilər keçirmək üçün razılığa gəliblər.
idealmedia.az “asmedia.az”-a istinadən xəbər verir ki, bu qərarla Fələstində 14 il sonra bir ilkə imza atılıb. Fələstin dövlətinin Başçısı Mahmud Abbas və Həmas lideri İsmayıl Haniyə tərəfindən təsdiqlənən razılaşmaya görə, seçki qutuları 6 ay ərzində qurulacaq. Fələstində ardıcıl olaraq parlament, prezident və Fələstin Qurtuluş Təşkilatı Mərkəzi Şurasının seçkiləri həyata keçiriləcək.