Şamil Ayrım: "Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük"
Tarix: 26.09.2020 / 17:38 •
Oxundu: 370 dəfə •
idealmedia.az bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O qeyd edib: "Paşinyana əvvəla bunu başa salmaq lazımdır ki, 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan deyilmi? Yəni Paşinyan Ermənistanın işğalçı bir dövlət olmadığı kimi davranmağa çalışır.
Paşinyan Ermənistanın baş naziri olduqdan sonra onun davranışlarına və hərəkətlərinə baxdıqda bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük. Bütün dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə işğal edilmiş Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirdilər və dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupu və Avropa Birliyi bu seçiklərin qeyri-qanuni olduğunu bəyan etdi. Buna rəğmən, Şuşada "andiçmə mərasimi" keçirdilər. İndi Paşinyanın BMT-də sülhə çağırışına necə inanmaq olar?
Paşinyan Ermənistan silahlı qüvvələrinin iyulda Tovuz istiqamətində hücuma keçərək mülki vətəndaşları və hərbçiləri öldürməsini necə izah edəcək? İndi gəlib BMT-də zor və güc tətbiq edilməməsi haqqında danışır. Əlbəttə, bu təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavablarını aldılar. Prezident İlham Əliyev bütün çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun həllini tapmalı olduğunu bəyan edir, yəni Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilməyənə qədər Ermənistanla anlaşmağın mümkün olmadığını bildirir. Əfsuslar olsun ki, Minsk qrupu 1994-cü ildən bəri tərəfələri danışıqlar mamasına oturdacaq bir mühit yarada bilmədi".
Ş.Ayrım vurğulayıb ki, Ermənistan illərdir təhlükəli bir oyun oynayaraq Dağlıq Qarabağda demoqrafik vəziyyəti dəyişdirmək üçün Suriyadan, İraqdan və Livandan erməniləri qanunsuz olaraq işğal edilmiş Azərbaycan ərazilərinə köçürür:
"Ən son məlumatlara görə, İraqda, Livanda və Suriyada nə qədər terror təşkilatı üzvü və muzdlu döyüşçü, o cümlədən PKK təmsilçisi varsa, işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayona yerləşdirilir və Ermənistan bu qatilləri Azərbaycana qarşı döyüşmək üçün hazırlayır.
Cənab Prezident İlham Əliyev açıqladı ki, Ermənistan silahlandırılır və hətta Rusiya Prezidenti Vladimir Putini də xəbərdar etdi. Ermənistana gələn bu silahlar hava yolu ilə gəlir. Əggər iddia edildiyi kimi inşaat materialı olsaydı, vaqonla göndərilərdi.
Bütün bu yuxarıda sadalananlara baxdığımız zaman Paşinyanın səmimi olmadığı və havadarları ilə birlikdə Azərbaycana qarşı müharibə hazırlıqları apardığını görürük".
Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı beynəlxalq arenada güc və zor tətbiq edilməməsi və guya BMT-də Ermənistanın sülh tərəfdarı olacağı barədə söylədiklərini anlamaq mümkün deyil və bunu səmimi hesab etmirəm.