"Türkiyə hər zaman Azərbaycanın yanındadır" - Binəli Yıldırım
Tarix: 03.11.2020 / 15:02 •
Oxundu: 152 dəfə •
"Bu gün Azərbaycana səfərimizi şəhidlərin məzarlarını ziyarət edərək yekunlaşdırırıq.Dünən görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi. Həmçinin Milli Məclisin Sədri, Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi ilə görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik. Məqsədimiz torpaqlarını işğaldan azad edən Azərbaycana dəstək olmaqdır. Eyni zamanda, azərbaycanlı qardaşlarımızla Türkiyə xalqının həmrəyliyini bir daha nümayiş etdirməkdir".
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib.