Bu gün:


Qriqoryan: Paşinyanla Əliyevin görüşü...

Tarix: 02.10.2021 / 10:07  •   Oxundu: 531 dəfə  •  

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü yaxın perspektivdə ATƏT-in Minsk Qrupu çərçivəsində baş tuta bilər.

İDEAL Media.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Əvvəllər biz bəyan edirdik ki, yüksək səviyyədə məsələləri müzakirə etməyə və görüşməyə hazırıq. Əgər digər tərəf (Azərbaycan) həqiqətən hazır olduğunu ifadə etsə, o zaman ümid edirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə başlayacaq və görüş yaxın zamanlarda baş tutacaq”, – deyə o bildirib.