Zelenski ilin ən nüfuzlu adamı seçildi... - "TİME"
Tarix: 20.05.2022 / 08:09 •
Oxundu: 95 dəfə •
Amerikanın “Time”("Taym") nəşrinin oxucularının fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski ilin ən nüfuzlu adamı olub. İkinci yerdə Tesla və SpaceX-in baş direktoru İlon Mask, üçüncü yerdə isə Böyük Britaniyanın baş naziri Boris Conson qərarlaşıb.
İDEAL Media.az-ın "UNİAN"-a istinadla verdiyi xəbərə görə, Zelenski 3,3 milyondan çox səs qazanıb ki, bu da bütün səslərin 5%-ni təşkil edir. Nəşr 2022-ci ilin ən nüfuzlu 100 adamını müəyyən etmək üçün oxucular arasında illik sorğu keçirib. Zelenski birinci yeri tutub.
"Fevral ayında Rusiya qoşunları Ukraynaya genişmiqyaslı işğala başlayanda 2019-cu ildə Ukrayna prezidenti seçilməzdən əvvəl heç bir siyasi təcrübəsi olmayan komediya ustası Zelenski dünya səhnəsinə çıxıb və liderləri Ukraynaya dəstək olmaq üçün bir araya toplayıb"- "Taym"ın məqaləsində belə deyilir..
Tamaşaçıların səsverməsinin nəticələrinə görə ikinci yeri Tesla və SpaceX-in baş direktoru İlon Mask tutub. O, 3,5% səs toplayıb. Ötən il o, bu reytinqdə birinci yeri tutsa da, indi Zelenski mühəndisi keçib. Boris Conson 3,4% səslə üçüncü olub.
"İlin əvvəlində Conson öz Mühafizəkar hökumətinin karantin qaydalarını pozduğuna dair xəbərlər yayılanda əks reaksiya ilə üzləşdi və polis tərəfindən cərimə olundu. O zaman baş nazir 2020-ci ilin iyununda Dauning-stritdəki ofisində ad günü şənliyində iştirak etmişdi. İlk iclasda qanunu pozduğu aşkarlanan İngiltərə baş naziri üzr istəsə də, qəsdən qaydaları pozmadığını bildirib".
Dördüncü yeri koronavirusla mübarizədə dünyaya kömək edən tibb işçiləri tutub. ABŞ prezidenti Co Bayden isə nəşrin oxucularına görə ilin ən nüfuzlu adamları reytinqində beşinci yeri tutub. O, 3,1 faiz səs toplayıb.
2022-ci ilin ən nüfuzlu adamlarının yekun siyahısı mayın 23-də açıqlanacaq. Nəşrin redaktorları hələ səsvermədə iştirak etmədiyi üçün siyahı dəyişdirilə bilər.