İcra hakimiyyətləri ləğv edilərək prezidentin xüsusi nümayəndəliyi ilə ƏVƏZLƏNƏ BİLƏR?
Tarix: 08.03.2024 / 07:32 •
Oxundu: 134 dəfə •
İDEAL-ın xəbər verdiyi kimi, prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bəs Azərbaycanda icra hakimiyyətləri ləğv edilərək prezidentin xüsusi nümayəndəliyi ilə əvəzlənə bilər? Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərin olması olduqca vacib idi:
"Ərazi minalanmışdı. İnfrastruktur tamamilə dağıdılmışdı. Faktiki olaraq hər şey yenidən başlamaq lazımdm idi. Bu baxımdan mütləq statusu nazir səviyyəsində olan bir vəzifənin təsis edilməsinə ehtiyac var idi. Xüsusi nümayəndə həm prezidentin adından fəaliyyət göstərir, həm də yerdə baş verən hadisələri koordinasiya edir. Lazım gəldikdə özü xüsusi tapşırıqlar verə bilir. Digər ərazilərin idarə edilməsi isə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilib. Yerli icra hakimiyyəti orqanları müvafiq dövlət orqanları ilə birlikdə həmin ərazinin idarə edilməsini həyata keçirdir. Yəni işğaldan əsas edilmiş ərazilərlə, digər bölgələr arasında çox böyük fərq var. Buna görə də işğaldan azad olan ərazilərə xüsusi nümayəndə təyin edilməsi qərara alınmışdı. Ötən dövr göstərdi ki, bu özünü tamamilə doğrultdu".
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, bu gün Qarabağda cənab prezidentin xüsusi nümayəndəsinin təyin olunması tam məntiqidir:
"Çünki məlumdur ki, oradakı proseslər digər regionlardakı proseslərdən eyni deyil. Ora uzun müddət Azərbaycan dövlətinin nəzarətindən kənar idi. Orada keçirilən tədbirlərin xarakteri belə başqadır. İşğaldan azad olunub və soydaşlarımız hələ indi qayıdır. Ərazilərdə minaların təmizlənməsi prosesi gedir. Bu baxımdan digər regionlarımızda fərqli proseslər gedir. Ona görə də Qarabağa ölkə prezidentinin xüsusi nümayəndəsinin təyin olunması xüsusi hallar üçündür. İcra hakimiyyətləri prezidentin sərəncamı ilə fəaliyyət göstərir".