Bu gün:


Rusiya Ermənistana nota verdi

Tarix: 17.08.2022 / 11:33  •   Oxundu: 135 dəfə  •  

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

İDEAL Media.az xəbər verir ki, buna səbəb “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.

"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.