Bu gün:


Danimarka da rus turistlərə qapısını bağlayır

Tarix: 18.08.2022 / 10:20  •   Oxundu: 77 dəfə  •  

Danimarka Rusiyadan gələn turistlərin ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir.
İDEAL Media.az xəbər verir ki, bunu “Ritzau” agentliyinə müsahibəsində Danimarkanın xarici işlər naziri Eppe Kofod deyib.

"Ukrayna şəhərlərinin tanınmaz dərəcədə bombalandığı bir vaxtda rusiyalı turistlərin Avropanın cənubunda günəş vannası qəbul edib dəbdəbəli həyat sürə bilməsini çox utancverici hesab edirəm. Aİ rusların ölkəyə girişinə qadağanın tətbiqini dəstəkləməsə, Danimarka təkbaşına belə məhdudiyyətlər tətbiq etməyə hazırdır", - nazir vurğulayıb.