Bu gün:


Paşinyan Laçındakı ermənilərin təxliyəsini təxirə salmağa söz verib

Tarix: 18.08.2022 / 10:38  •   Oxundu: 126 dəfə  •  

Nikol Paşinyan komandasına bildirib ki, Moskvada keçiriləcək üçtərəfli görüş zamanı Zabux və Laçın şəhərində yaşayan ermənilərin təxliyəsini təxirə salmaq üçün hər şeyi edəcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə xəbəri Ermənistanın “Hraparak” qəzeti yayıb.
 
Qeyd edilib ki, Ermənistanın baş nazirinin məqsədi vaxt qazanmaqla “Laçın dəhlizi”ndən keçən kommunikasiya xətlərinin (qaz, elektrik, internet) Xankəndini Ermənistanla bərləşdirən yeni daşınmasına nail olmaqdır.
 
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib.
 
Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Moskvada üçtərəfli görüşü gözlənilir.