“Laçında hələ 180 erməni yaşayır, qaz boruları sökülüb daşınır…”
Tarix: 01.07.2022 / 11:54 •
Oxundu: 139 dəfə •
"Bir daha təkrar edirik ki, Laçın "dəhlizi"ndəki ermənilərin, öz istədikləri kimi, Şuşa rayonunun kəndlərinə köçürülməsinin heç bir hüquqi əsası yoxdur..."
“Son ayların danışıqları kontekstində Nikol Paşinyanın son mətbuat konfransındakı açıqlamaları bizim üçün sürpriz olmadı”.
İDEALMedia.az xəbər verir ki, bunu Laçın şəhərinin işğalı dövründə qanunsuz yaradılmış erməni icmasının üzdəniraq başçısı Narek Aleksanyan News.am-a açıqlamasında bildirib.
Söhbət Ermənistan baş nazirinin Laçın “dəhlizi”ndəki kəndlərdən hayların çıxarılacağı haqdakı son bəyanatından gedir.
Erməni “mer”in sözlərinə görə, Laçındakı ermənilərin əhval-ruhiyyəsi Paşinyanın bəyanatından əvvəlki kimidir. "İnsanlar sakitdir, panika yoxdur, hamı normal həyat sürür". Lakin onlar Laçında "ermənilərın yaşamadığını bildirən Nikol Paşinyanın sözlərindən hiddətləniblər".
“Laçında 50-yə yaxın erməni ailəsi- 180 nəfər yaşayır”, - N.Aleksanyan belə deyib.
“Bu barədə mən ancaq öz adımdan danışa bilərəm. Deyə bilmərəm ki, qəfil qərar verilsə ki, getməlisiz, insanlar nə edəcək – gedəcəklər, yoxsa qalıb döyüşəcəklər? Bundan əlavə, çoxlu cavabsız suallar var. Yeni marşrutdan sonra bizi nə gözləyir? Vəziyyətimiz necə olacaq? Necə yaşayacağıq? Ancaq bir şeyi açıq şəkildə qeyd etmək lazımdır - bu dəhliz düşmən tərəfindən idarə oluna bilməz, çünki bu halda dinc hərəkət istisna olunacaq. Təbii ki, sülhməramlılar olmalıdır ki, dəhliz 100 faiz onların nəzarətində olsun. Konkret olaraq, hazırda deyə bilərəm ki, Rusiya sülhməramlıları öz yerlərindədir”, - deyə işğal altındakı Azərbaycan şəhərinin qanunsuz erməni rəhbəri vurğulayıb.
N.Aleksanyan bir daha təkrarlayıb ki, Xankəndindəki qanunsuz “Artsaxgaz” şirkəti hazırda 2020-ci il noyabrın 9-dan bəri Laçında işləməyən qaz kəmərlərini sökür. Onun sözlərinə görə, həmin borular "qazlaşdırma işləri üçün" Şuşa rayonunun ermənilərin yaşadığı Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə aparılır. (Bax: Moderator.az-24 uyun://moderator.az/az/ekskluziv/528552/ermeniler-lacindaki-qaz-borularini-skub-qaladeresine-dasiyir-seher-meri/ )
“Berdzorluların(Laçındakı ermənilərin-S.L.) bu kəndlərə köçürülə biləcəyindən çox danışılır. Mən belə bir təklif almamışam. Hər halda deyə bilərəm ki, Artsax respublikası bütün məcburi köçkünlərə nəzarətimiz altında olan ərazilərə qayıtmaq imkanı verir”, - deyə qondarma “mer” bildirib.
Zəruri şərh:
Göründüyü kimi, 31-ci ildir ki, Laçın şəhəri və ətraf kəndlərdə qanunsuz məskunlaşmış hayların “rəsmiləri” 44 günlük savaşdan sonra da Azərbaycana qarşı revanşist duyğularla yaşayır. Odur ki, Azərbaycan tərəfinin alternativ yolun təhvil verilməsindən sonra ərazilərimizi tərk etməyəcəkləri halda onları, ilk növbədə, dövlət sərhədimizi qanunsuz olaraq keçməklə bağlı həbs edib cəzalandırmaq ixtiyarı var… Və bir daha təkrar edirik ki, həmin ermənilərin, öz istədikləri kimi, Şuşa rayonunun kəndlərinə köçürülməsinin heç bir hüquqi əsası yoxdur...
Laçındakı qaz borularının sökülüb daşınmasına gəlincə, rayondakı bütün binalar, infrastruktur və s. kimi onlar da sovet dövründən bəri Azərbaycanın mülkiyyətidir. Və rəsmi Bakı bu haqda da tədbir görməlidir...