Erdoğan Türkiyəni əvəzedilməz etdi - "Fiqaro"
Tarix: 22.08.2022 / 09:31 •
Oxundu: 69 dəfə •
Rəcəb Tayyib Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə əvəzolunmaz mövqeyə gətirdi.
İDEAL Media.az xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzetində yayımlanan məqalədə deyilir.
“Türkiyə Ukraynada müharibənin qalibi ola bilərmi? Bu, real diplomatik uğurdur. Bu, dünyada 6-cı ən böyük səfirliklər şəbəkəsinə sahib olan və hər şeydən öncə sülhsevər, aktiv türk xarici siyasətinin göstəricisidir.
Ukrayna ixtilafı Şərq, Qərb və ərəb dünyasında iftixarla bəhs edilən türk xarici siyasətini yenidən ön plana çıxardı”, - deyə bildirilib.
Fransalı diplomat Jin dö Gliniasti Türkiyənin Qərb blokunun üzvü olmaqla yanaşı, ittifaqlarını genişləndirdiyini qeyd edib:
“Mənafeyinə zidd olduğu təqdirdə belə, daim dialoqdadır. Artıq hər kəs üçün gərəklidir və hər kəs tərəfindən tərif edilir. Türkiyə çoxqütblü dünyanın virtuozuna çevrilib”.