Bu gün:


"Duqinin qızını biz öldürmüşük" - Putinə müharibə elan etdilər

Tarix: 22.08.2022 / 16:15  •   Oxundu: 33 dəfə  •  

Rusiyalı ideoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin öldürülməsinə görə məsuliyyəti “Milli Respublika Ordusu” (Nationalnaya Respublikanskaya Armiya) öz üzərinə götürüb.

İDEAL Media.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən qruplaşma bununla bağlı mətn yayıb. Mətndə Prezident Vladimir Putin və Ukraynada müharibə tərəfdarları olan şəxslərə qarşı müharibə elan edilib. Açıqlamada Putin Konstitusiyanı dəyişməkdə, qardaş xalqlar arasında savaş başlatmaqda, hərbçiləri ölümə göndərməkdə ittiham edilib.

Qeyd edək ki, Aleksandr Duqinin qızı Daria Duqinin olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.
Bildirilir ki, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.
Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.