Bu gün:


“Zarafat deyil, Putin dəli olub” - Prezidentin yaxın adamı

Tarix: 09.05.2022 / 19:07  •   Oxundu: 148 dəfə  •  

Rusiya lideri Vladimir Putinə yaxın olduğu iddia edilən oliqarxlardan biri prezidentin psixi problemlərinin olması barədə rusiyalı milyarderlərə xəbərdarlıq edib.
İDEALMedia.az  xəbər verir ki, bu barədə Putinə yaxın mənbə Britaniyanın “Dailymail” qəzetinə danışıb.
Xəbərdarlıqdan sonra rusiyalı milyarderləri narahat edən əsas məsələ ölkə başçısının psixi durumu olub.
Doğrudur, Rusiya Ukraynaya qarşı başlatdığı müharibənin 2 ayını geridə qoysa da, Prezident Putinlə bağlı iddialar səngimək bilmir. Onun səhhəti həm Rusiyada, həm də dünyada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
Rusiya liderinə yaxınlığı ilə tanınan oliqarx (təhlükəsizliklə əlaqədar adı açıqlanmayıb-red) milyarder dostlarına deyib ki, Putinin səhhətinin getdikcə pisləşməsi və dəli olması barədə yayılan xəbərlər zarafat deyil. Onun sözlərinə görə, Putinin psixi durumu nüvə silahından istifadə ehtimalını real təhlükəyə gətirib çıxara bilər. 
Mənbənin Rusiyada çox məşhur biri olduğu, Putini onilliklər ərzində yaxından tanıdığı deyilir.
Həmin şəxsin dediyinə görə, rusiyalı milyarderlər arasında ciddi narahatlıq müşahidə edilir. Müharibənin əleyhinə olanlar susurlar, çünki bilirlər ki, Putinə meydan oxumaq təhlükəlidir, bu səbəbdən onların hamısı çox narahatdır.
Rusiyalı analitik və araşdırmaçı jurnalist Christo Grozev iddia edir ki, Putinin xərçəng olduğuna inanan milyarderlər artıq liderlərinə etibar etmirlər. 
"Məndə Putinin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Oliqarxlar da daxil olmaqla, Putinə yaxın olan hər kəs onun xəstə olduğuna inanır. Bu, Rusiyanın daxili siyasətində mühüm vəziyyətdir. İnsanlar düşünür ki, Putin onların qarantı ola bilməz”,- Qrozev deyib.
Rusiya Prezidenti Putin, xüsusən də Ukrayna müharibəsi başlayandan bəri ekranda çox görünmür. Bu gün Moskvada keçirilən 9 May Qələbə paradından başqa, sonuncu dəfə Pasxa mərasimində ictimaiyyət önünə çıxan Rusiya liderinin hərəkətləri növbəti dəfə müzakirə mövzusu olub.
Putinin mərasim zamanı asta səslə danışması, daim dodaqlarını dişləməsi və həddindən artıq əsəbi görünməsi onun parkinson xəstəliyindən əziyyət çəkməsi barədə iddiaları yenidən aktuallaşdırıb. 
Onun insanlara qəribə təsir bağışlayan hərəkətlərini araşdıran ekspertlər iddia edirlər ki, 69 yaşlı Rusiya liderində parkinson xəstəliyinin aşkar əlamətləri var, lakin Kreml bu iddiaları israrla rədd edir.