Bu gün:


Polşa savaşa hazırlaşır: 13 min könüllü orduya yazıldı

Tarix: 29.08.2022 / 08:11  •   Oxundu: 119 dəfə  •  

13 mindən çox polşalı könüllü hərbi xidmətə yazılıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak deyib.
"Ümid edirik ki, sentyabr, oktyabr və noyabr aylarında daha çox müraciət olacaq. Bu il 15 min nəfərlik yer hazırlamışıq. Lazım gələrsə, daha çoxunu tapacağıq. İstəyirik ki, mümkün qədər çox insan təlim keçsin, silahla işləməyi bacarsın, yaxşı təşkil olunsun”, - o vurğulayıb.

Qeyd edək ki, yeni qanuna əsasən, Polşada könüllü hərbi xidmət tətbiq olunub. Əvvəllər orduda olmamış hər kəs xidmət edə bilər. Hərbi hazırlığı bitirdikdən sonra gələcəkdə ehtiyata və ya peşəkar orduya qoşulmaq olar.