Bu gün:


Ermənilərin itkiləri 200-ü keçdi - Yüzlərlə yaralı var

Tarix: 19.09.2022 / 18:21  •   Oxundu: 49 dəfə  •  

Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 2 nəfər itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.
İDEAL Media.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Şurada bəyanat qəbul olunub. Bildirilib ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində Ermənistanın 207 hərbçisi ölüb. Bundan başqa, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.
Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.
Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.