Bu gün:


Rusların kütləvi axını: Tokayev göstəriş verdi

Tarix: 29.09.2022 / 20:09  •   Oxundu: 137 dəfə  •  

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev rusiyalıların ölkəyə kütləvi gəlişi fonunda daxili işlər orqanlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxili işlər naziri Marat Əhmədjanov Tokayevlə görüşü zamanı situasiya ilə bağlı görülən işlər barədə məlumat verib.
Nazir ölkədə kriminogen durumun stabil olduğunu bildirib.