Rusiyalıların çoxu Qarabağdakı vəziyyəti izləyir
Tarix: 07.12.2020 / 14:34 •
Oxundu: 103 dəfə •
Rusiyalıların 70 faizdən çoxu Dağlıq Qarabağdakı vəziyyətlə maraqlanırlar.
Bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatlarından aydın olur.
Sorğu 18 yaşdan yuxarı 1,6 min respondentin iştirakı ilə 30 sentyabr və 13 noyabr tarixlərində keçirilib.
“Rusiyalıların kütləvi şüurunda “Qarabağ uğrunda döyüş” dəyirmi masasında təqdim olunan məlumatlara görə, ölkə vətəndaşlarının 72 faizi Dağlıq Qarabağdakı hadisələri izləyir, 26 faizi isə regiondakı hadisələrlə qətiyyən maraqlanmır.
Münaqişənin kəskinləşməsinə kimin səbəb olduğunu soruşduqda, sorğuda iştirak edənlərin 33 faizi hər iki tərəfin olduğunu bildirib, 36 faizi sualı cavablandırmaqda çətinlik çəkdiyini deyib. Eyni zamanda beş faizi Ermənistanı, 12 faizi Azərbaycanı, altı faizi ABŞ-ı, beş faizi Türkiyənin səbəb olduğunu hesab edir.
Mərkəzin rəhbəri Valeri Fyodorov rusiyalıların bölgədəki münaqişəyə diqqətini “məsafəli maraq” kimi xarakterizə edib.
Eyni zamanda, Rusiyanın hərbi münaqişəyə girməməsi ilə bağlı müsbət emosiyalar olub.
Vətəndaşların 41 faizi hər iki ölkənin üçtərəfli müqavilənin bağlanmasından faydalandığını düşünür. Respondentlərin 64 faizinin fikrincə Rusiya bu müqavilənin bağlanmasında əsas rol oynayıb, 16 faizi ikinci dərəcəli olduğunu düşünür.
Rusiyalıların 39 faizinin fikrincə, gələcəkdə Dağlıq Qarabağdakı vəziyyət sülh yolu ilə inkişaf edəcək, artıq müharibə olmayacaq. Hər 10-cu respondent (12 faiz) yaxın gələcəkdə hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırır, 31 faizi müharibə olacağını düşünür (ancaq tezliklə yox).