Bu gün:


Kanada Peskovun ailəsinə sanksiya tətbiq etdi

Tarix: 30.09.2022 / 21:30  •   Oxundu: 59 dəfə  •  

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 43 nəfərin adını siyahıya daxil edib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Kanada hökumətinin məlumatında deyilir.
Yeni siyahıya rusiyalı siyasətçilərin və iş adamlarının ailələrinin adları daxil edilib.
Onların arasında Kreml sözçüsü Dmitri Peskovun ailə üzvləri də var.