Bu gün:


Ağ bayraq qaldırıb Ukrayna tərəfə keçmək istəyən kriminal avtoriteti rus hərbçiləri güllələdi

Tarix: 05.10.2022 / 10:01  •   Oxundu: 182 dəfə  •  

Azərbaycanlı kriminal avtoritet Zaur Əliyev Rusiya-Ukrayna müharibəsinin növbəti qurbanına çevrilib.
İDEAL Media.az -ın verdiyi xəbərə görə o, ötən həftə rusiyalı hərbçilər tərəfindən arxadan vurularaq öldürülüb. 
 
Kriminal aləmdə "Zayka" ləqəbi ilə tanınan Əliyev müharibəyə həbs həyatından canını qurtarmaq üçün gedibmiş. Zaurun Rusiyadakı son həbs həyatı isə 2016-cı ilin noyabrında başlayıb. O, dəstə yaradaraq İnsan oğurluğunda, hədə-qorxu ilə pul tələb etmədə, cinayət yolu ilə əldə olunan pulların yuyulmasında ittiham olunaraq həbs olunmuşdu.
 
Xatırladaq ki, Zaur Əliyev Azərbaycanda da həbs həyatı yaşayıb. Kriminal avtoriteti müharibəyə "Vaqner" özəl hərbi təşkilatın vasitəsi ilə qoşulubmuş. Bu təşkilat Rusiyadan muzdlu döyüşçülər toplayaraq onları həm Rusiyada, həm də dünyanın müxtəlif yerlərində istifadə edib uzun müddətdir. Son zamanlar "Vaqner" üçün Rusiya həbsxanalarından da döyüşçülər intensiv olaraq seçilməyə başlanıb. Bir çox məhumlar  bunu azadlığa çıxmaq üçün fürsət bilib bu təşkilata qoşulurlar. Zaur Əliyev də bu məqsədlə qoşulub. O, qısa təlim keçdikdən sonra Ukraynanın şərq hissəsinə döyüşlərə göndərilib. Zaur Əliyevin Ukraynaya qarşı döyüşmək planı olmayıb. O, ağ bayraq qaldraraq Ukrayna tərəfə keçəndə rusiyalı hərbçilər onu arxadan vuraraq qətlə yetiriblər.