Bu gün:


Markov: Bakı 2025-ci ilə qədər bu əraziləri qaytaracaq

Tarix: 05.10.2022 / 11:31  •   Oxundu: 106 dəfə  •  

İrəvan praktiki fəaliyyəti ilə ABŞ və Fransanın simasında Rusiyanın düşmənləri ilə müttəfiqlik münasibətləri qurur.
İDEAL Media.az xəbər verir ki, bu sözləri rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov deyib.
“Aydındır ki, Azərbaycanın daha güclü ordusu yaxın zamanlarda Qarabağın qalan ərazisini də geri qaytaracaq. Çox güman ki, bu, üç ildən sonra baş verəcək. Ancaq istisna edilmir ki, bu, daha tez də baş tuta bilər. Ermənistan indi onun tərkibinə daxil olan digər əraziləri də tamamilə itirə bilər.

Əvvəllər İrəvan Moskvaya güvənirdi, lakin Rusiya Azərbaycana qarşı və Ermənistanın maraqları uğrunda vuruşmaqdan imtina etdi. Moskva bu məsələdə neytral mövqe tutmağa üstünlük verir və hətta Azərbaycana daha çox meyil göstərir. Üstəlik, əslində, KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir - yalnız əhalisi müsəlman olan Qazaxıstan, Qırğızıstan, Tacikistan deyil, hətta xristian Belarus da. Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu sirr deyil. Belə bir şəraitdə Ermənistan Fransa və ABŞ-ı regiona cəlb etmək qərarına gəlib”, - deyə rusiyalı ekspert bildirib.