Bu gün:


İTİRƏ-İTİRƏ “BÖYÜYÜRSƏN” ANA VƏTƏN AZƏRBAYCAN NƏ GÜNDƏSƏN ?

Tarix: 12.06.2021 / 12:33  •   Oxundu: 359 dəfə  •  

Doğrudanda hər bir xalq öz zəmanəsinə oxşayır.Hər kəs həyatda öz və nə istədiyinə çatır və layiqdir.Hətta insan kimi görmək istədiyim qürurlu vətəndaş olaraq milli- siyasi kimliyini bərqərar etmək yolunda təmannasız dəstək verdiyim adamlar da kəniz, sattelit, lakey, vassal olmaq uğrunda çaba göstərməkdədir.

Sutener rejimin mənfur ideologiyasının başında duran Qalinayanlı boz şakalın marginal orqanlarının və onların arsenalındaki,şöhrət və şərəf ordenli tumanı düşük fahişələrin birgə əməyi və əməli nəticəsində girovluqda olduğum müddətdə yazmış olduğun 100 bəndlik “İtirə-itirə “böyüyürsən” Ana Vətən Azərbaycan nə gündəsən” əsərinin bir neçə bəndinin aktuallığını nəzərə alıb sevgili oxucularımla paylaşıram:
 

Haqlıların şərləndiyi, lakeylərin bərq vurduğu,
Həbsxanam,böyük zonum Azar-vay-qan. 
Sahibsizlər ruh daşların dəbdəbəli qəbristanı Vətən-baycan
Dahilərin, doğruların tərk etdiyi, tabutlarda dönüldüyü məzar-baycan
Vətəndaşın sevgisini,ümidini intihara sürükləyən tıran-baycan
Şəhidləri,Qaziləri,mərdi-vicdan məhbusları kasıbların boyun borcu kəfən-baycan
Fərarisi-mavitoşu, gey-generalı,hökumətin dəbilqəsi kiş sürüsü barbar-baycan
Məfkurəsi atılmışın, satılmışın idrakıyla, əxlaqıyla təbliğ olan manıs-baycan
Xalqa qarşı törətdiyi soyqrımı silmək üçün 
Əcnəbiyə ağam deyib, milyard səpib qarşısında təlxəklənib poza verən yaltaq-baycan
Maskasının varlığı tək cinayətkar polisini İnsanlara nadzor edən pazor-baycan
Fəxri adlı yal sürüsü adsız millət Azərbaycan
Ayrılmışdır könül candan dünəndə sən, nə edim ki, bu gündəsən?
İtirə-itirə “böyüyürsən” Ana Vətən Azərbaycan nə gündəsən?
 
 
Efirlərin efir gülü sima tülü şəşəngülü, 
Evdən eldən qaçıb gəlmiş xoşqədəmlər,xoşqeyrətlər 
Məfkurəsi simasıdır hökümətin, sutenerin 
Hər gün xalqa dərs keçirlər  “əxlaq-ailə-mentalitet”
Ləyaqətli  İnsanlarsa vaqe görüb tər tökürlər
Allah verən qəzavü-qədər ömür payı yetişməmiş tez ölürlər ...
Vəhşətlərdən yararlanan sürüşkənlər tez-tələsik boşanırlar mülk bölürlər,
Boşanmışlar,dul qalmışlar,sahibsizlər ordusunun liderisən
Dul qalmısan dünəndə sən, nə edim ki, bu gündəsən?
İtirə-itirə “böyürürsən” Ana Vətən Azərbaycan nə gündəsən?
 
 
Azadlığım, ömrüm-günüm Xalqa fəda təki duyub ayılsın!
Azadlığı zərurət tək dərk edən kim? görmədim,
Əvəzində  quldur-məə-mırr diktəsini icra edən,
Kölə-muti-yalaq-ulaq-satqın-qorxaq key gördüm.
İllərimin qollarında qandal gördüm,
Qandal vuran vandal gördüm
Ac gödənli, yal güdənli başsız zombi mantiyalı davar gördüm.
Davarların damazlığın kəsmək üçün qul toplumdan dəstək deyil,
Üzə duran xain satqın özgə müsbət görmədim
İşğaldasan dünəndə sən, nə edim ki, bu gündəsən?
İtirə-itirə ” böyüyürsən” Ana Vətən Azərbaycan nə gündəsən?
 
 
Özün düşün, fahişə -oğraş səncə mərdi sevərmi?
Məfkurəsi hər addımda nifrət saçır,nifrin qopur.
Ləyaqətli İnsanların arzuların, ömrün-günün işğal etdi barbar rejim.
Çürük rejim illərimi cürütdü
Dinləsin bu anmaz ferma sürüsü
İnsanlığın qüruruyam, səndə onun qatili 
Mən haqlının haqq sözçüsü,sən köstəbək 
Vicdanımın məhbusuyam, Sən kriminal-osminoq
Sən talançı, namusuyla al-ver edən yalançı
Qız-gəlini erməniyə, dubay şeyxi ovçulara təslim edən satançı 
Mənsə sənin sutenerlik xislətini, irticanın illərini ifşa edib,
Taleyinə qəsb etdiyin ac-yalavac, məhkum –məzlum Millətimin dayağı!
Məfkurəsiz yalançısan dünəndə sən, nə edim ki, bu gündəsən?
İtirə-itirə ” böyüyürsən” Ana Vətən Azərbaycan nə gündəsən?
 


Öz adının mahiyyətin-çamurları vətəndaşa atan rejim  yuyundunmu?
Zülmləri ayağının altındakı, əllərinin qatındakı, boğazının səddindəki
Bəsləndiyin qan-qadadan vampir təki yeyib-içib doymadınmı?
Qanmadınmı, İradənin şenokları am-amaşlara , mamaş-lara, diktə edib yaydırdığın ,
Qara rəngli siyahılar, siyahlara, bəyazlara yapışamaz 
Sən qürursuz itib batmış tarixin səf ipləməsi 
Sən Millətin sümük-ətin qandan-candan bəslənən ac manyakısan 
Hər gün ifşa mərhələsi yaşadığın generalların, nazirlərin,
Ramizlərin –zakirlərin-əlilərin alçaqların, xainlərin, canilərin
Həbsxana-qəbristanlıq, qəhbə-oğraş oylağına çevrilmisən
Nə əzrail, nə Cəbrayıl deyilsən sən, Cəhənnəmin bekçəsisən,köstəbəksən.
Sən heç kimsən, irticadan bəhrələnən yalançı bir zırtanaxsan,qara şeysən
Qan-qadadan, zülmətlərdən, istiladan -istibdaddan
Həzlər alıb qürrələnən soysuz-pozuq qanqstersən. 
Qaranlıqda “qüvvət”lənib qan içənsən, kəmfürsətcil qeyrətsizsən
Qara nöqtə, zırtanaxsan dünəndə sən, nə edimki, bu gündəsən?
İtirə-itirə ” böyüyürsən” Ana Vətən Azərbaycan nə gündəsən?
 
01.11.2011