Krım körpüsünə hücuma görə Ermənistan vətəndaşı saxlanıldı
Tarix: 12.10.2022 / 13:07 •
Oxundu: 89 dəfə •
Krım körpüsünün partladılması ilə bağlı 9 nəfər saxlanılıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, saxlanılanlardan 5-i Rusiya, 3-ü Ukrayna, 1-i isə Ermənistan vətəndaşıdır. İddialara görə, partlayışın təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovdur. Ümumiyyətlə hadisənin təşkilində 12 nəfərin iştirak etdiyi güman edilir. Məlumata görə, partlayışa səbəb olan bomba əraziyə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib. Qeyd edək ki, bəzi mənbələrdə körpünün mərmi ilə vurulduğuna dair də iddialara var.