Bu gün:


Bu, 3-cü Dünya savaşı deməkdir - Rusiya hədələdi

Tarix: 13.10.2022 / 10:42  •   Oxundu: 89 dəfə  •  

Ukraynanın NATO-ya qəbul edilməsi Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.
“Ukraynanın NATO-ya sürətlə daxil olmaq üçün müraciət etməsi təbliğat xarakterli addımdır. Kiyev yaxşı başa düşür ki, belə bir addım 3-cü Dünya müharibəsinin zəmanətli eskalasiyası deməkdir”, - A.Venediktov bildirib.