Bu gün:


Biz bir olsaq, Saakaşvili azad olunacaq - Vaşadze

Tarix: 02.11.2022 / 20:34  •   Oxundu: 116 dəfə  •  

Düşünürük ki, Gürcüstanın iki yolu var, ya Rusiya, ya da Avropa. Bizim yolumuz isə Avropayadır, ona görə də bizim Avropa yolunda çoxlu sınaqlarımız var, bir olsaq, bütün sınaqlardan çox tez keçəcəyik. Böyük birlik olacağı təqdirdə Qvaramiya və Saakaşvili hər ikisi azad olunacaq.
İDEAL Media.az xəbər verir ki, bu sözləri “Strategiya Ağmaşenebeli” partiyasının lideri Georgi Vaşadze Nika Qvaramiyanın məhkəməsindən sonra deyib.
O bildirib ki, xalq və siyasi partiyaların böyük birliyi olmasa, bütün xəyallar hədərdir:
"Bizə Avropa yolunda ümumi birliyə ehtiyac var, ondan sonra namizəd statusu alacağıq, Qvaramiyanı azad edəcəyik, Saakaşvilini isə siyasi məhbus kimi azad edəcəyik. Bu yeganə yoldur və başqa alternativ yoxdur. Siz böyük birliyi görənə qədər biz bütün illüziyaları məhv etməliyik. Biz buna qərar vermişik, birlik yolu ilə gedirik, başqa yolu olanlar varsa, başqa daha yaxşı yol göstərsinlər”.