Bu gün:


Nazir: "Türkiyə terrora məğlub olmayacaq qədər qüdrətli dövlətdir"

Tarix: 14.11.2022 / 21:05  •   Oxundu: 87 dəfə  •  

"Türkiyə terrora məğlub olmayacaq qədər qüdrətli dövlətdir".
Bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık jurnalistlərə açıqlamasında deyib.
 
Nazir bildirib ki, Türkiyəni terrorla “tərbiyə etməyə” çalışanlar indiyədək buna nail olmayıblar:
 
“Onlar bundan sonra da istəklərinə nail ola bilməyəcəklər. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Onlar cavab verəcəklər”.
 
Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.