Bu gün:


Polşaya atılan raket kimindir?

Tarix: 16.11.2022 / 10:48  •   Oxundu: 84 dəfə  •  

Polşa hava məkanı üzərində uçan NATO təyyarəsi ölkə ərazisinə atılan raketin izinə düşüb.
Bu barədə CNN Alyansın sözçüsünə istinadən məlumat yayılıb.
“Radar izləri olan məlumat NATO və Polşaya verilib”, - məlumatda deyilir.
NATO sözçüsü Polşada izlənilən raketin kim tərəfindən və haradan atıldığını açıqlamayıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Ukraynaya atdığı bildirilən raketin Polşaya düşməsi nəticəsində 2 mülki şəxs həlak olub. Rusiya raketin ona məxsus olması barədə xəbəri təkzib edib.