Bu gün:


"Moskvanı qəzəbləndirməmək, Kiyevə düşmən kəsilməmək..."

Tarix: 29.11.2022 / 18:37  •   Oxundu: 84 dəfə  •  

"Danışıqlar zamanı İsrailin qabaqcıl texnologiyarının Ukraynaya tədarükü məsələsi müzakirə edilib..."
"İsrail nümayəndələri Qüdsün bu məsələdə mövqeyinin dəyişməz olduğunu bəyan edib..."
 
"İsrail Ukraynaya milyonlarla məbləğdə strateji materialların verilməsini maliyyələşdirib..."
 
Ukraynalılar silah tədarükü barədə məxfi danışıqlar üçün İsrailə səfər edib
 
Ukrayna ordusunun yüksək rütbəli nümayəndə heyəti danışıqlar aparmaq üçün İsrailə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
 
Məlumatda deyilir ki, səfər məxfi xarakter daşıyıb, çünki İsrail Rusiya ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil.
 
İsrail tərəfi bu səbəbdən səfərin geniş işlıqlandırılmasının əleyhinə olub.
 
Danışıqların rəsmi mövzusu Kiyevə raket zərbələri barədə erkən xəbərdarlığın texnologiyalarının mümkün tədarükü olub.
 
Ukrayna nümayəndə heyətinin tərkibində vəzifəsi və statusuna görə bu ölkənin Baş Qərargah rəisi müavininin statusuna uyğun olan nümayəndə olub.
 
Ukraynalı hərbçilər danışıqların gedişində yenidən İsrailin qabaqcıl texnologiyalarının mümkün tədarükü məsələsini qaldırıb.
 
İsrail nümayəndələri həmkarlarına məlumat verib ki, Qüds bu məsələdə mövqeyini dəyişməyib, bunu isə
imtina kimi anlamaq olar.
 
Bir neçə gün öncə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "bəzi ölkələr" onun ölkəsinə hərbi yardım göstərir, eyni zamanda açıq şəkildə bunu inkar edir.
 
Bu ərəfədə isə İsrailin "The Times of İsrael" nəşri məlumat verib ki, İsrail XİN Ukraynaya növbəti humanitar yardım paketi hazırlayıb. Onun tərkibinə generatorlar və tibbi avadanlıq daxil ediləcək.
 
Bundan öncə "Haarets" qəzeti belə bir informasiya yayıb ki, İsrail Ukraynaya milyonlarla məbləğdə "strateji materialların" verilməsini maliyyələşdirib.
 
Bundan başqa, İsrail Kiyevə tərkibində optika və atəşə nəzarət sistemləri kimi İsrail komponenrləri olan silah tədarükünə razılıq verib.
 
Avropa diplomatik dairələrində olan mənbələrin sözlərinə görə, ABŞ  İsrail hökuməti llə əlaqə yaradaraq onun Rusiya ilə mübarizədə yardım göstərmək öhdəliyini öz üzərinə götürməyə nail olub.