Ukrayna Təhlükəsizlik Xidməti qadın monastırında axtarış apardı
Tarix: 30.11.2022 / 18:02 •
Oxundu: 54 dəfə •
Ukrayna Təhlükəsizlik Xidməti ölkənin Mukaçovo şəhəri yaxınlığındakı Draçino kəndində yerləşən Kirill-Mefodi qadın monastırında axtarış aparıb.
Bu barədə xüsusi xidmətin “Telegram” kanalında məlumat verilib.
Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, o, Karpatyanı bölgədə Mukaçyvo yeparxiyasının monastırlarından birinin ərazisində əks-kəşfiyyat (təhlükəsizlik) tədbirləri həyata keçirir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kilsə nümayəndələrinin bilavasitə iştirakı ilə göstərilən ərazilərdə və binalarda yoxlama işləri aparıblar. Həmçinin müəyyən şəxslərin Ukraynanın dövlət suverenliyinə zərər vuran qanunsuz fəaliyyətlərdə iştirakı araşdırılıb.
Qeyd edilib ki, yoxlamalarda məqsəd yeparxiyadan “rus dünyası”nın mərkəzi kimi istifadə etmək niyyətləri ilə bağlı məlumatların yoxlanması, Ukrayna Pravoslav Kilsəsi binalarının “Rusiya vətəndaşlarına sığınacaq” kimi istifadəsinə yol verilməməsi, təxribatların və terror aktlarının qarşısının alınmasıdır