Bu gün:


Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirdi

Tarix: 02.12.2022 / 13:30  •   Oxundu: 58 dəfə  •  

Rusiya raketdən müdafiə sistemləri üçün yeni müdafiə raketini sınaqdan keçirib.
Bu barədə “Skay Nyus” məlumat verib.
Məlumata görə, raket dekabrın 2-də Qazaxıstanda icarəyə götürülmüş Sarı-Şaqan poliqonundan buraxılıb.
Rusiya Müdafiə Nazirliyi sınağın uğurla keçdiyini açıqlayıb, lakin təfərrüatı açıqlamayıb.
Britaniya nəşri qeyd edir ki, Qazaxıstandakı poliqonda raket sınağı Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevin əməkdaşlıq haqqında yeni sənəd imzalamasından bir neçə gün sonra baş tutub.