Bu gün:


KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı qərar qəbul etdi

Tarix: 06.01.2022 / 06:50  •   Oxundu: 210 dəfə  •  

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Prezident Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə Ermənistanın Baş naziri, Şuranın sədri Nikol Paşinyan bildirib.
“Qazaxıstan Prezidenti Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstana göndərilməsi qərara alınıb”, - Paşinyanın Feysbukdakı paylaşımında deyilir.
Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün qüvvələrin məhdud müddətə göndəriləcəyi bildirilir.