Bu gün:


Türkiyəni geri addım atmağa məcbur etmək istədilər, bacarmadılar - Sərhədə qoşun yığıldı

Tarix: 02.12.2022 / 20:15  •   Oxundu: 72 dəfə  •  

“ABŞ tərəfi Suriyanın şimalındakı mümkün hərəkatla bağlı Türkiyəni fikrindən daşındırmağa çalışıb. Lakin Türkiyə geri addım atmayıb”.
İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Türkiyənin Suriyadakı irimiqyaslı hərəkatına mane olmaq üçün Türkiyə tərəfi ilə əlaqə saxlayıb. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşmək üçün Ankara olub.

Lakin ABŞ tərəfinin səyləri hələlik nəticə verməyib.
Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə Hava Qüvvələri Suriyanın və İraqın şimalında əməliyyatlara başlayıb. Suriyanın şimalında quru hərəkatının da başlayacağı gözlənilir. Türkiyə ordusu sərhədə qoşun yığıb.