Blinken: İran və Çindəki etirazları dəstəkləyirik!
Tarix: 04.12.2022 / 20:53 •
Oxundu: 73 dəfə •
ABŞ administrasiyası İran və Çində insanların dinc etirazlarda iştirak etmək hüququnu dəstəkləyir.
İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.
O, jurnalistin ABŞ administrasiyasının Çindəki etirazçılara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.
"Biz hər yerdə - istər Çində, istər İranda, istərsə də başqa yerdə - insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə aksiyalar bu və ya digər şəkildə yatırılırsa, o zaman biz buna qarşıyıq”, - dövlət katibi qeyd edib.
O xatırladıb ki, Vaşinqton əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə sanksiyalar tətbiq edib