ABŞ-da həbsdə olan silah baronu Rusiyaya gətirildi
Tarix: 08.12.2022 / 18:42 •
Oxundu: 70 dəfə •
ABŞ-da həbsdə olan Rusiya vətəndaşı Viktor But ölkəyə gətirilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, But Rusiyada həbsdə olan amerikalı basketbolçu Brittni Qraynerlə dəyişdirilib.
Məhkumların dəyişdirilməsi prosesi Əbu Dabi aeroportunda baş tutub.
Qeyd edək ki, Viktor But 2008-ci ildə Taylandda ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi. Rusiyalı ABŞ vətəndaşlarına qarşı sui-qəsd hazırlamaqda və terrora maddi dəstək verməkdə ittiham edilirdi. ABŞ Federal Məhkəməsi onu 25 il müddətinə azadlıqdan məhrum etmişdi.
Amerikalı basketbolçu Brittni Qrayner narkotik daşımaqda ittiham olunaraq, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Viktor But rusiyalı silah baronu kimi də tanınır.