Bu qaz anbarı tələbatımızın 1/4-ni qarşılayacaq - Ərdoğan
Tarix: 16.12.2022 / 19:31 •
Oxundu: 53 dəfə •
Yeni təsisatımız - “Silivri” yeraltı təbii qaz anbarı (genişlənmiş versiya) ölkəmizin ən çox həcmdə qaz sərf etdiyi vaxtda daxili tələbatın dörddəbirini qarşılayacaq. Ankaradakı “Duz” gölündəki yeraltı anbarda həyata keçirdiyimiz genişləndirmə işləri tamamlanandan sonra orada da oxşar imkanı qazanacağıq.
İDEAL Media.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə Avropanın ən nəhəng “Silivri” yeraltı təbii qaz anbarının açılışı mərasimində ifadə edib.
Türkiyənin enerji siyasətinin ayrı-ayrı istiqamətlərinə toxunan dövlət başçısı deyib:
“Məqsədimiz ən qısa zamanda ölkəmizi dünyanın təbii qaz qiymətlərini müəyyən edən beynəlxalq mərkəzə gətirməkdir. Strategiyamız 2053-cü ildə enerji məsələsində xaricə bağlılığı 71 faizdən 13 faizə endirməkdir”.