Bu gün:


Putin dəyişkən dünyaya boyun əyməli oldu

Tarix: 16.12.2022 / 21:01  •   Oxundu: 82 dəfə  •  

"Embarqo qüvvəyə mindikdən sonra Moskva geri çəkilərək, neftini Hindistana Qərbin sığortaladığı tanketlərlə daşıyır..."
Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya "Böyük yeddilik" və Avropa İttifaqının bir barelə görə 60 dollarlıq qiymət məhdudiyyətinə riayət edən ölkələrə neft satmayacaq.
 
Lakin "son hədd", güman edildiyi kimi, özünü doğruldub.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə "Financial Times" işgüzar qəzeti yazıb.
 
Embarqo qüvvəyə mindikdən sonra Moskva ilkin hədələrindən geri çəkilərək, nefti Hindistana  Qərbin sığortaladığı tankerlərlə daşıyır. 
 
Sinqapur operatoru məlumat verib ki, tərəfdaşlarından bu yükün Rusiya nefti üçün son hədd dəyəri haqqında tələblərə uyğun olduğu barədə təminat alıb.
 
Yeri gəlmişkən, nəşr qeyd edir ki, hazırda karbohidratları müəyyən edilmiş "hədd" çərçivəsində satmaq çətin deyil, çünki "Urals" markalı neftin bazar qiyməti aşağı düşüb və bir barelə görə 57, 49 dollar təşkil edir. 
 
Noyabrda Rusiya neftinin dəyəri 66, 47 dollar təşkil edib.
 
Bir həftə öncə Putin deyib ki, yaxın günlərdə "qiymət həddi"nə cavab tədbirləri barədə fərman imzalayacaq.
 
İlk olaraq neftin qiymətinin aşağı həddi tətbiq ediləcək və ona müntəzəm olaraq yenidən baxılacaq.
 
Dekabrın 13-də məlumat verilib ki, Rusiya hakimiyyəti bütövlükdə Qərb ölkələrinin Rusiya neftinin qiymətinə son hədd qoyulmasına cavab tədbirlərinin tətbiqini razılaşdırıb.
 
Fərman lahiyəsində Rusiya şirkətlərinə  məhdudiyyətlərə qoşulan ölkələrə neft satışına qadağa qoyulması tapşırılıb.
 
Kremlin mətbiat katibi Dmitri Peskov fərmanın imzalanacağını və yaxın zamanlarda dərc ediləcəyini vəd edib. Hələlik bu, baş verməyib.