Bu gün:


Erməni maşınları Laçın yolundan keçə bilər

Tarix: 18.12.2022 / 20:40  •   Oxundu: 59 dəfə  •  

Laçın yolunda dinc etiraz aksiyasının iştirakçıları Ermənistan mülki avtomobillərinin bu yoldan keçməsinə mane olmurlar.

Bu gün də daxil olmaqla bir neçə gün ardıcıl olaraq Xankəndidən Laçın istiqamətində Rusiya sülhməramlılarının təchizat maşınlarını maneəsiz keçməkdədir.

Azərbaycan Laçın yolu ilə bağlı hər zaman birmənalı mövqe bildirib: bu yoldan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyət üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə etmək olar.

Əslində, ermənilərin mülki avtomobillərinin bu yoldan keçməsinə faktiki olaraq Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayan və Şuşa-Laçın yolunda dinc aksiyanı “ermənilərin blokadası və humanitar fəlakət” kimi təqdim etmək istəyən Ruben Vardanyan əngəl törədir.