Bu gün:


İmran Xanın səs yazısı yayıldı

Tarix: 21.12.2022 / 20:22  •   Oxundu: 80 dəfə  •  

Pakistanın keçmiş baş nazir İmran Xanın “telefon seksi”ndən səs yazıları ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Xana aid olduğu iddia edilən səs yazılarında Xanın bir qadınla "telefon seksi" ilə məşğul olduğu bəlli olur.
 
İmran Xan özü səs yazısı ilə bağlı iddialara münasibət bildirməyib.
 
Tanınmış pakistanlı jurnalisti Syed Ali Haider İmran Xana aid olduğu iddia edilən səs yazısını “YouTube” hesabında paylaşıb. “Telefon seksi” ilə məşğul olan cütlük jarqon və seksuallıqdan danışır.
 
Səs yazısında qadın “Qasıqlarım ağrıyır, bu gün gələ bilmərəm” deyir. Xan isə cavab verir: “Görək, ertəsi gün ailəm və uşaqlarım gələcək. Onların səfərini təxirə salmağa çalışıram. Sabah sizə xəbər verəcəm”.
 
Başqa bir səs yazısında bir qadının Xandan cinsi istəklərini soruşduğu eşidilir.
 
Xana aid olduğu iddia edilən çıxışlar Pakistanda reaksiyaya səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri “Xan şəxsi həyatında istədiyi hər şeyi edə bilər, amma özünü xalqımız üçün nümunəvi müsəlman lider kimi təqdim etməməlidir” şərhini yazıb.