Saakaşvili zəhərlənməsi ilə bağlı müayinədən imtina edib
Tarix: 25.12.2022 / 21:02 •
Oxundu: 144 dəfə •
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili onun zəhərlənməsi ilə bağlı istintaq çərçivəsində aparılan testlərdən imtina edib, buna səbəb laboratoriyaya etimadsızlıq olub.
Bunu onun vəkili Şalva Xaçapuridze bildirib.
Xüsusi İstintaq Xidməti mümkün zəhərlənmə ilə bağlı araşdırma çərçivəsində artıq bir neçə dəfə eks-prezidentin saçından, qanından və dırnaqlarından nümunələr götürməyə cəhd edib: "Biz iki səbəbdən nə istintaqa, nə də ekspertiza qurumuna etibar etmirik. Birincisi, onların bu testi keçirmək üçün müvafiq icazələri yoxdur. İkincisi, ekspert bürosunun özü etimadsızlıq yaradır, çünki Saakaşvili dövlət sisteminin xüsusi nəzrətində olan müəssisədə zəhərlənib və həmin sisteminə tabe olan ekspert bürosu qərəzlidir, yanlış nəticə çıxaracaq", - Xaçapuridze bildirib.
Eyni zamanda o, istintaqa öz alternativlərini təklif etdiklərini vurğulayıb: "Biz təklif etdik ki, Avropa dövlətlərinin, eləcə də ABŞ-ın nüfuzlu ekspert bürolarından birindən mütəxəssislər gətirək, nümunələr götürək, mənim qabağımda möhürləsinlər, mütəxəssislərimizi nümunə götürüb xaricə göndərməyə dəvət edək", - Xaçapuridze bildirib.
Bundan əvvəl Empati Mərkəzinin direktoru Mariam Cişkariani bildirib ki, Vivamedi klinikası Almaniyada toksikoloji tədqiqat aparıb və nəticədə Saakaşvilinin qanında az miqdarda dörd metalın - civə, arsen, tallium və qurğuşun olduğunu göstərib. Cişkarianinin fikrincə, orqanizmdə müxtəlif metalların olması müəyyən əlaqədən xəbər verə bilər.
Bu arada Xüsusi Penitensiar Xidmətin tibb şöbəsinin rəhbəri Malxaz Urtmelidze bildirib ki, Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı söhbətlər absurddur - Empatiya Mərkəzinin tibbi hesabatında qeyd olunan maddələr, hətta yol verilən normadan aşağıdır.
Ekspert qruplarının həkimləri indiki müalicənin nəticə vermədiyini və Saakaşvilinin səhhətinin pisləşdiyini bildirirlər. Bu baxımdan eks-prezidentin xaricdə ehtiyac duyduğu müalicəni ala bilməsi üçün cəzanın ləğvi və ya təxirə salınmasının vacibliyində israrlıdırlar.
Bundan əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşvilinin vəziyyətini pisləşdirmək və azadlığa buraxılması üçün saxtakarlıq edib və özünü şikəst etməklə məşğul olub. Eyni zamanda o, xəbərdarlıq edib ki, məqsədi hakimiyyəti gözdən salmaq olan dezinformasiya kampaniyası dayanmasa, nazirlik eks-prezidentin palatasından videogörüntülər yayımlayacaq.
Nazir vədinə əməl edib.
Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin tibb işçilərinə qışqırdığını, eyni zamanda yemək və butulkaları atdığını və çarpayıdan yıxıldığını əks etdirən videogörüntülər yayıb.
Saakaşvilinin yoldaşları və tərəfdarları nazirliyi insanın şəxsi həyatına aid kadrları qanunsuz dərc etməkdə ittiham ediblər. Məsələ artıq şəxsi məlumatların mühafizəsi üzrə müfəttiş tərəfindən qəbul edilib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb.