Putin MÜHÜM FƏRMAN imzaladı
Tarix: 31.12.2022 / 19:09 •
Oxundu: 107 dəfə •
Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclarını xarici valyutada ödəməyə icazə verən fərman imzalayıb.
Rusiya lideri daha əvvəl "dost olmayan" Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası olan rublla həyata keçirməsi haqqında fərman imzalamışdı.
Kremlin rəsmi saytında dərc edilən yeni fərmana görə, tədarükçülərin Rusiyaya müraciəti əsasında bankda xüsusi hesab açılacaq və tədarükçülər Rusiyaya ödənişlərini dollar və ya avro ilə ödəyə biləcəklər. Fərmanda yer alan başqa bir bəndə görə, "dost olmayan" ölkələrin qaz borcunu dollar və ya avro ilə ödəməsi Rusiya qazının yenidən bu ölkələrə daşınmağa başlayacağı anlamına gəlmir.
Qeyd edək ki, Rusiya liderinin "dost olmayan" Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası ilə həyata keçirməsi haqqında qərarına əməl etməyən Hollandiya, Polşa, Bolqarıstan kimi ölkələrə qaz nəqli və qərb neft şirkətlərinə daşınmalar dayandırılıb.