Bu gün:


Şok: Rusiyaya kimyəvi silahla zərbə hazırlanır

Tarix: 15.01.2023 / 21:48  •   Oxundu: 126 dəfə  •  

Ukrayna Silahlı Qüvvələri kimyəvi silahdan istifadə etməklə Rusiya şəhərlərinə hücum edə bilər.
İDEAL Media.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko video paylaşıb.
Paylaşılan görüntülərdə Ukrayna ordusuna məxsus çoxsaylı dronların uçuşa hazırlandığı, onlara kimyəvi bombalarla təchiz edildiyi yer alıb.
Korotçenko paylaşımında sözügedən görüntülərə beynəlxalq ictimaiyyətin reaksiyasına ehtiyac olduğunu bildirib.