Bu gün:


Putin Ərdoğanla danışdı

Tarix: 16.01.2023 / 18:51  •   Oxundu: 114 dəfə  •  

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
İDEAL Media.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.