Bu gün:


Çində kömür mədənində baş verən qəzada ölən və itkin düşənlər var

Tarix: 12.03.2024 / 10:08  •   Oxundu: 162 dəfə  •  

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində qəza baş verib.

İDEAL-ın məlumatına görə, qəza “Taoyuan Xinlong Coal Co., Ltd”nin yeraltı kömür bunkerində çökmə olub. Hadisə nəticəsində yeddi nəfər ölüb, iki nəfər itkin düşüb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, keçdiyimiz aylarda Çinin Hənan əyalətində yerləşən "Pingdingshan" mədənində meydana gələn qəza nəticəsində 16 insan həyatını itirmişdi.