Bu gün:


KİV: Pakistan təhlükəsizlik qüvvələri terror aktını dəf edib

Tarix: 21.03.2024 / 15:23  •   Oxundu: 80 dəfə  •  

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu”nun ekstremist qruplaşmasının Qvadar liman idarəetmə şirkətinə məxsus kompleksə hücumunu dəf edib.

İDEAL xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

“Bəlucistan Azadlıq Ordusu”nun ekstremist qruplaşmasının 8 üzvü dövlət idarələrinin və təhlükəsizlik xidmətlərinin ofislərinin yerləşdiyi inzibati kompleksə basqına cəhd edib.

Qeyd edilib ki, silahlılar əldəqayırma partlayıcı qurğulardan və atıcı silahlardan istifadə ediblər.

Ekstremistlərlə atışma zamanı iki hərbçi həlak olub.