Bu gün:


İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir

Tarix: 27.03.2024 / 15:25  •   Oxundu: 139 dəfə  •  

İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.

İDEAL xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub: “İrəvan və Moskva bunu müzakirə etmir”.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan söyləmişdi ki, Rusiya sərhədçiləri bu il avqustun 1-də hava limanını tərk edəcəklər. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.