Bişkekdə etiraz aksiyaları zamanı xəsarət alanların sayı 590-a çatıb, ölən var - YENİLƏNİB
Tarix: 06.10.2020 / 10:00 •
Oxundu: 102 dəfə •
Qırğızıstanın paytaxtı Bişkekdə başlayan kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 590 nəfərə çatıb.
idealmedia.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
“Onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - məlumatda belə deyilir.