Mariya Zaxarova özünün yarıçılpaq şəklini yaydı
Tarix: 10.09.2021 / 12:51 •
Oxundu: 192 dəfə •
Vaxtaşırı müxtəlif məsələlərlə gündəmə gələn Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu dəfə yarıçılpaq şəklini paylaşmaqla diqqətləri özünə çəkib.
İDEAL Media.az xəbər verir ki, Mariya Zaxarova sosial şəbəkədəki paylaşımında Soçi şəhərində Rusiya Jurnalistlər Birliyinin himayəsi altında keçirilən media forumunda iştirak etdiyini bildirib. O, idman geyimindəki fotoşəklini “səhər məşqləri naminə” qeydi ilə paylaşmaqla sosial şəbəkə izləyicilərinin maraq dairəsinə düşüb. Fotoşəklə çox sayda rəy yazılıb.
Mariya Zaxarova 24 dekabr 1975-ci ildə diplomat ailəsində anadan olub. 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsini bitirib. 2003-2005-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəhbəri olub. 2005-2008-ci illərdə Rusiyanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi olub.
2008-2011-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəisi, 2011-2015-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamenti rəhbərinin müavini vəzifəsində çalışıb.
2015-ci ilin avqust ayından Rusiya XİN-in mətbuat katibi vəzifəsini tutur. Ailəlidir. Bir qız övladı var