İran geri çəkildi: “Müharibə istəmirik, bu, bizə zərər verə bilər”
Tarix: 10.09.2021 / 13:20 •
Oxundu: 222 dəfə •
“İran Əfqanıstanda gedən proseslərə realist yanaşacaq, orada Taliban gerçəkliyini qəbul etməklə bu ölkədəki şiələri qorumaq arasında tarazlıq qurmağa çalışacaq”.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general İsmayıl Qani deyib.
Qani İranın Əfqanıstandakı prioritetlərinin buradakı şiələri qorumaq və bu ölkənin İran üçün təhlükə mənbəyinə çevrilməməsi olduğunu vurğulayıb.
İranın taliblərin hakimiyyətdə olmasını istəmədiyini, ancaq indi onları devirməyə çalışmağın mümkün olmadığını bildirən Qani Tehranın İrana zərər verə biləcək macəralara başlaqdan daha çox, Taliban reallığı ilə üzləşəcəyini söyləyib.
“Taliban keçmişdəki hakimiyyəti dönəmində şiələrə təzyiq edirdi. Bunun təkrarlanmaması üçün Talibanla mübarizə aparmaqdansa, onlarla münasibət qurmalıyıq”, - Qani bildirib.
İran Talibanın hakimiyyətdə olduğu 1996-2001-ci illərdə Talibanın ən fəal düşmənlərindən biri olub. Bu dövrdə İran Şimal İttifaqına, xüsusən də Əhməd Şah Məsuda və xüsusilə Əfqanıstan şiələrinin Taliban əleyhinə silahlı dəstələrinə sıx dəstək verib. 1998-ci ilin avqust-sentyabr aylarında İran və Taliban müharibənin astanasına çatmışdı.